RU

“Nə baş verir?”də müzakirə: Rauf Arifoğlu Yaxın Şərq savaşını və barış siqnallarını şərh edir

"Nə baş verir?" proqramının növbəti canlı yayımında regionda və dünyada baş verən son proseslər geniş müzakirə olunur.

Musavat.com xəbər verir ki, ARB24 telekanalında yayımlanan proqram aparıcı Çinarə Nurməmmədova tərəfindən idarə edilir.

Studiyada gündəmin əsas mövzuları – İran, ABŞ və İsrail arasında davam edən gərginlik, mümkün barış prosesləri və atəşkəs mərhələsində baş verən diplomatik danışıqlar diqqət mərkəzində olmaqdadır.

Müzakirələrdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu də iştirak edərək, Yaxın Şərqdə formalaşan yeni hərbi-siyasi reallıqları şərh edib. O, xüsusilə İran-ABŞ-İsrail xəttində qarşıdurmanın son mərhələsi, atəşkəs dövründə müşahidə olunan ziddiyyətli mesajlar və paralel olaraq Pakistanda aparılan danışıqların mahiyyəti barədə eksklüziv təhlillər təqdim edib.

Rauf Arifoğlu çıxışında qeyd edib ki, regionda baş verən proseslər yalnız lokal qarşıdurma deyil, qlobal güclərin maraqlarının toqquşduğu mürəkkəb geosiyasi oyunun tərkib hissəsidir. Onun fikrincə, atəşkəsin elan olunması hər zaman sülh anlamına gəlmir və bu mərhələ çox vaxt yeni mərhələnin – siyasi və diplomatik mübarizənin başlanğıcı olur.

Canlı yayımda səsləndirilən fikirlər Yaxın Şərqdəki hadisələrin inkişaf trayektoriyasını və mümkün ssenariləri anlamaq baxımından xüsusi maraq doğurub.

Musavat.com

Избранный
39
2
musavat.com

3Источники