RU

Yaxın gələcəkdə nüvə silahı istifadə olunmayacaq Elon Maskın atası

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Beynəlxalq yüksək texnologiyalı investisiyalar və innovasiyalar üzrə ekspert Errol Mask Rusiya mətbuatına verdiyi müsahibədə bildirib ki, nüvə silahı yaxın gələcəkdə istifadə edilməyəcək.

Bizimyol.info xəbər verir ki, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu Elon Maskın atası, bu gün nüvə silahının istifadəsi riskinin nə qədər yüksək olduğu barədə suala cavlı cavablandırıb.

“Rusiya, Amerika, Böyük Britaniya kimi nüvə gücünə malik ölkələr və çox güman ki, Çin də tam anlayır ki, belə bir silahdan istifadə etmək olmaz. Heç bir halda. Üstəlik, digər qrupların nüvə silahına malik olmalarının qarşısını almaq istəyi var, çünki onlar iddia edə bilərlər ki, bunu istifadə edəcəklər, çünki onların tanrısı belə əmr verib və ya buna bənzər bir səbəb var”, — deyə Errol Mask qeyd edib.

“Düşünmürəm ki, bu mərhələdə və yaxud yaxın gələcəkdə nüvə silahının istifadə olunması ehtimalı var”, - deyə o əlavə edib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
bizimyol.info

1Источники