RU

“Windows”dan imtina edirlər

Fransa hökuməti bəzi dövlət kompüterlərində “Microsoft Windows” əməliyyat sistemindən imtina edərək açıq mənbəli “Linux” platformasına keçməyi planlaşdırır.

Ölkə.az xəbər verir ki, Fransanın ictimai fəaliyyət və hesabatlar naziri David Amiel bildirib ki, bu təşəbbüs ölkənin rəqəmsal taleyinə nəzarəti geri qaytarmaq” məqsədi daşıyır:

“Artıq məlumatlarımız və rəqəmsal infrastrukturumuz üzərində nəzarətin bizdə olmamasını qəbul edə bilmərik”.

Məlumata görə, “Linux” açıq mənbəli əməliyyat sistemidir və pulsuz istifadə imkanı ilə yanaşı, müxtəlif ehtiyaclara uyğun fərdi versiyalarla tətbiq oluna bilir.

Bildirilir ki, keçid prosesi ilkin mərhələdə Fransanın rəqəmsal idarəetmə agentliyi olan "DINUM"da başlanacaq. Lakin hökumət hələlik keçidin konkret vaxt çərçivəsini və istifadə olunacaq “Linux” distributivlərini açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl ölkə hökuməti videokonfrans üçün “Microsoft Teams” platformasından imtina edərək yerli “Visio” xidmətinə keçdiyini açıqlamışdı. Bu sistem açıq mənbəli və şifrələnmiş “Jitsi” texnologiyası əsasında hazırlanıb.

Həmçinin Fransa ilin sonuna qədər səhiyyə məlumatları platformasını da daha etibarlı yerli sistemə keçirməyi planlaşdırır.(sfera.az)

Избранный
4
3
olke.az

10Источники