Tərtərdə su kanalında batan 7 yaşlı uşaq nəşi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Redaktor.az xəbər verir ki, hadisə ilə əlaqədar olaraq əraziyə FHN-nin əməkdaşları cəlb edilib.
Onların keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü A.Mustafazadənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır (APA).