RU

Avropa ölkələrində benzin və dizelin qiyməti – Tam siyahı


Yaxın Şərqdə yaranan böhran səbəbindən istehlakçılar üçün yanacaq qiymətləri əhəmiyyətli dərəcədə artıb.
Yeniavaz.com
xəbər verir ki, 2026-cı ilin fevral ayının sonu ilə müqayisədə aprelin əvvəlində Avropa Birliyində benzinin qiyməti təxminən 15%, dizel yanacağının qiyməti isə təxminən 30% artıb.
Avropa Komissiyasının 2 aprel 2026-cı il tarixli həftəlik neft qiymətləri bülleteninə əsasən, Avropa Birliyində “Euro-super 95” benzininin orta qiyməti litr üçün 1,871 avro, dizel yanacağının qiyməti isə 2,076 avro təşkil edir.
Avropa Birliyində benzinin (“Euro-super 95”) qiyməti litr üçün 1,34–2,33 avro arasında dəyişir.
Avropa ölklərində benzinin bir litrinin qiyməti aşağıdakı kimi olub (Avro ilə):
Hollandiya: 2,33
Danimarka: 2,23
Almaniya: 2,13
Finlandiya: 2,05
Yunanıstan: 2,05
Fransa: 2,01
İrlandiya: 1,96
Portuqaliya: 1,92
Avstriya: 1,88
Latviya: 1,87
Belçika: 1,85
Rumıniya: 1,84
Litva: 1,74
İtaliya: 1,73
Estoniya: 1,73
İsveç: 1,71
Lüksemburq: 1,70
Çexiya: 1,69
Polşa: 1,68
Xorvatiya: 1,68
Kipr: 1,58
Slovakiya: 1,58
İspaniya: 1,56
Macarıstan: 1,54
Sloveniya: 1,51
Bolqarıstan: 1,44
Malta: 1,34
Ən bahalı dizel yanacağı isə Hollandiya, Danimarka və Almaniyadadır. Avropa Birliyində dizelin qiyməti litr üçün 1,21–2,46 avro arasında dəyişir.
Avropa ölklərində dizelin bir litrinin qiyməti aşağıdakı kimi olub (Avro ilə):
Hollandiya: 2,46
Danimarka: 2,36
Almaniya: 2,29
Finlandiya: 2,27
Belçika: 2,23
Avstriya: 2,20
Fransa: 2,19
İrlandiya: 2,18
İsveç: 2,15
Litva: 2,12
Yunanıstan: 2,12
Portuqaliya: 2,07
Latviya: 2,05
İtaliya: 2,03
Rumıniya: 2,03
Polşa: 2,02
Estoniya: 2,01
Lüksemburq: 2,00
Çexiya: 1,97
Xorvatiya: 1,88
Kipr: 1,84
İspaniya: 1,78
Slovakiya: 1,69
Bolqarıstan: 1,62
Sloveniya: 1,62
Macarıstan: 1,62
Malta: 1,21
Избранный
24
yeniavaz.com

1Источники