RU

ABŞ hərbi gəmisi Hörmüz boğazından geri çəkilib – İran mediası

Bakı. Trend:

ABŞ-yə məxsus hərbi gəmi Omanın Foceyre limanından Hörmüz boğazıistiqamətində hərəkət edən gəmi geri çəkilib.

Bu barədə Trendİran mediasına istinadən məlumat verib.

Bildirilir ki, İran Silahlı Qüvvələri bu hərbi gəmininistiqamətini dəqiqləşdirərək Pakistanda müzakirə heyətinə məlumatveriblər. İran nümayəndə heyəti dərhal vasitəçi Pakistan tərəfi iləABŞ heyətinə məsələni çatdırıb. Eyni zamanda xəbərdarlıq edilib ki,hərbi gəmi 30 dəqiqə ərzində ABŞ geri çəkilməsə İran tərəfindənvurulacaq və İran və ABŞ arasında keçirilən müzakirələrə ciddizərbə olacaq.

Qeyd olunur ki, sözügedən hərbi gəmi Hörmüz boğazına doğruhərəkətini dayandırıb.

Qeyd edək ki, bu gün İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞvə İran arasında müzakirələr başlanıb. Müzakirələrdə İran heyətinəparlamentin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ heyətinəvitse-prezidenti Ceyms Devid Vens başçılıq edir.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davamedib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflərarasında iki həftəlik atəşkəs elan olunub.

Məqalədə:
Избранный
18
az.trend.az

1Источники