RU

BƏƏ XİN: Rusiya və Ukrayna bizim vasitəçiliyimiz ilə 6,3 min hərbi əsiri mübadilə edib

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukraynanın indiyədək mübadilə etdiyi hərbi əsirlərin sayı aprelin 11-dədəyişdirilən 350 nəfər də daxil olmaqla 6 305 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında bildirilib.

Qeyd olunub ki, BƏƏ-nin münaqişə çərçivəsində həyata keçirdiyi hərbi əsirlərin mübadiləsi üzrə vasitəçilik missiyalarının ümumi sayı 21-ə çatıb.

"BƏƏ böhranın hərtərəfli siyasi yolla həllinə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edəcək ki, bu da humanitar nəticələrin yumşaldılmasına, regional və beynəlxalq səviyyələrdə sülh, sabitlik və əmin-amanlıq imkanlarının gücləndirilməsinə kömək edəcək", - nazirlik vurğulayıb.

Xatırladaq ki, bu gün Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə "175-in 175-ə" formatında hərbi əsir mübadiləsi həyata keçirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
3
cebheinfo.az

3Источники