Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Aşıq Şəmşirin nəvəsi, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov yeni şeirini paylaşıb.
Gununsesi.info həmin şeiri təqdim edir:
HƏYAT FƏLSƏFƏSİ. Mən səni sevirəm həyat
Səbəb axtarmıram artıq.
Sübh gəlir sevirəm
Axşam düşür, yenə sevirəm.
Yollar var, gedirəm
Qayıdıram bəzən.
Amma bilirəm ki,
Heç kim əvvəlki yerə qayıtmır.
Xoşbəxtlik bir anlıq gəlir
Elə bil qapını döyüb qaçır.
İstilər isə içəridə qalır
səndən icazə almadan.
Qapılar var açıq,
Amma girməyə ürək eləmirsən.
Qapılar var bağlı –
Amma bütün ömrün o qapının arxasında qalır.
Mən səni sevirəm, həyat
Çünki başqa cür olmur.
Gülürəm içimdə bir ağrı ilə,
Ağlıyıram heç kim görməsin deyə…
Bu dünya bir oyun deyil
Amma hamımız rol oynayırıq;
Bəzən özümüzü belə inandırırıq.
Arzularım var ən çox səssizlikdə danışır,
Gündüzlər isə hər şey çox danışır –
Amma heçnə demir.
Sadə cavablar var
Amma suallar ağırdır.
Xəyallar var –
Onları başa düşmək üçün
Bəlkə də bir ömür azdır.
Mən səni sevirəm, həyat
Yıxıldığım yerlərə görə.
Çünki orda qaldım bir az
Özümü tanıdım.
Sözlər var deyilməyən
Və ya bir qışqırıq var,
Heç vaxt sözə çevrilməyən.
Gedənlər gedir, geri dönmürlər
Gələnlər gəlir,
amma kim olduğunu hələ heç kim bilmir.
Sən məni aparırsan, həyat
Hara bilmirəm.
Amma bilirəm ki,
Dayanmaq yoxdur!
Cavid Qurbanov
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.