RU

Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB

Tərtərdə su kanalında batan 7 yaşlı uşaq nəşi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə ilə əlaqədar olaraq əraziyə FHN-nin əməkdaşları cəlb edilib.

Onların keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü A.Mustafazadənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy

***

12:05

Tərtər şəhərində 7 yaşlı uşaq kanalda boğulub.

APA-nın məlumatına görə, hadisə ötən gün günorta saatlarında baş verib.

Belə ki, Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü A.Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
13
4
apa.az

5Источники