RU

Livanda ölənlərin sayı açıqlandı

İsrail ordusunun gecə saatlarından bəri Livanın cənubuna təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 14-ə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-ya görə, Nəbatiyə şəhəri və ətrafına şiddətli hücumlarını sürdürən İsrail ordusunun Tul şəhərinə təşkil etdiyi hücumlarda biri tibb işçisi olmaqla 3 nəfərin öldüyü, yenə biri tibb işçisi olmaqla 3 nəfərin isə yaralandığı bildirilib.

İsrail ordusunun gecə saatlarından bəri Livana təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 14-ə çıxıb.

Səhiyyə Nazirliyi İsrail ordusunun tibb işçilərini qəsdən hədəf alaraq xilasetmə əməliyyatlarını ləngitdiyini bildirərək, bu vəziyyətin beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması olduğunu vurğulayıb.

İsrail ordusu Şeba qəsəbəsində bir evə hava hücumu reallaşdırıb ki, bu da hücumların başlanğıcından bəri Şeba qəsəbəsini hədəf alan ilk zərbə olub.

Cibşit qəsəbəsində İsrail ordusunun generatorların kütləvi şəkildə yerləşdiyi bir nöqtəni hədəf alması nəticəsində müəssisə tamamilə dağılıb və yanğın baş verib.

Hiyam qəsəbəsini gecə saatlarında bombalayan İsrail ordusu pilotsuz uçuş aparatları ilə Kefr Rumman qəsəbəsinə hücumlar təşkil edib.

Sur şəhərində isə İsrail ordusuna aid tanklar Mənsuri, Qalilə və Hınniyyə qəsəbələrini hədəf alıb.

Избранный
25
cebheinfo.az

1Источники