RU

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Bakı. Trend:

Aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamandabəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı vənarıncı xəbərdarlıq verilib.

Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran,Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər,Laçın, Füzuli, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Biləsuvar,Neftçala, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı,Hacıqabul, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərbküləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Daşkəsən,Mingəçevir və Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraqşimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dəkgüclənəcək.

Избранный
3
49
az.trend.az

10Источники