RU

Dağıstanda 800-ə yaxın ev su altında qalıb

Bakı. Trend:

Dağıstanın doqquz yaşayış məntəqəsində 760-dan çox ev hələ də sualtında qalmaqdadır.

Trend rusmediasına istinadən xəbər verir ki, bu barədə Rusiya FövqəladəHallar Nazirliyinin (MÇS) mətbuat xidməti məlumat yayıb.

“Regionun beş bələdiyyə qurumunda doqquz yaşayış məntəqəsi hələdə su altında qalır: ümumilikdə 762 yaşayış evi, 812 həyətyanı sahəvə 76 avtomobil yolu sahəsi”, – məlumatda bildirilir.

Qurumdan əlavə edilib ki, daşqınlarla əlaqədar təşkil edilmiş 16müvəqqəti sığınacaqda 524 nəfər qalır, onlardan 175-iuşaqlardır.

Xatırladaq ki, martın 28-də və aprelin 4-5-də yağan güclüyağışlar Dağıstanda genişmiqyaslı daşqınlara və torpaqsürüşmələrinə səbəb olub. Respublika rəhbərliyi Mahaçqala,Xasavyurt, Buynaksk, Dağıstan Odları və Kaspiysk şəhərlərində,eləcə də Dərbənd, Qarabudaqxent, Xasavyurt, Qumbet, Babayurt,Novolak və Kaytaq rayonlarında fövqəladə vəziyyət rejimi elan edib.Daha sonra regionda federal səviyyəli fövqəladə vəziyyət rejimitətbiq olunub.

Məqalədə:
Избранный
34
2
az.trend.az

3Источники