RU

İslamabadda sarsıdıcı mənzərə – İran heyəti ABŞ-la danışıqlara belə gəldi



İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən tarixi və gərgin danışıqlar fonunda Tehran tərəfi bütün dünyanı şoka salan diplomatik və simvolik addım atıb.

aia.az Musavat.com-a istinadən xəbər verir ki, İrandan Pakistana gələn rəsmi nümayəndə heyətinin təyyarəsində ön oturacaqlarda ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olmuş dörd iranlı məktəblinin fotoları, həmçinin onlara məxsus məktəbli çantaları və ayaqqabıları yerləşdirilib.

Qeyd olunur ki, İran nümayəndə heyəti bu hərəkəti ilə danışıqlar masasına oturmazdan əvvəl Vaşinqtona və beynəlxalq birliyə müharibənin insani bədəlini xatırlatmaq istəyib. Fotoları yerləşdirilən uşaqların fevral və mart aylarında endirilən "dəqiq zərbələr" zamanı həyatını itirdiyi bildirilir.

Təyyarənin ən görünən hissəsində – rəsmi şəxslərin əyləşdiyi ön sırada uşaqların köhnə ayaqqabılarının və yarımçıq qalmış dərsliklərlə dolu çantalarının qoyulması sosial şəbəkələrdə sürətlə yayılaraq böyük rezonans doğurub.

İran dövlət mediası bu addımı belə şərh edib: "Biz sülh masasına yalnız rəsmi sənədlərlə deyil, həm də qətlə yetirilən övladlarımızın yarımçıq qalmış arzuları ilə gəlmişik".

Bu, Cey Di Vens və Cared Kuşnerin rəhbərlik etdiyi ABŞ heyətinə qarşı psixoloji təzyiq vasitəsi kimi qiymətləndirilir.

Şərhlərdə bildirilir ki, bu cür emosional simvolların istifadə edilməsi danışıqların nə dərəcədə ağır keçəcəyinin və tərəflər arasındakı uçurumun nə qədər dərin olduğunun göstəricisidir.

İslamabadda "Böyük Sövdələşmə" üçün hazırlıqlar davam edərkən, təyyarədəki bu mənzərə artıq danışıqların ən yaddaqalan anlarından birinə çevrilib. Belə bir mənəvi yük fonunda ABŞ heyətinin necə reaksiya verəcəyi və bu simvolikanın sülh planına təsiri böyük maraq doğurur.



Избранный
17
2
aia.az

3Источники