RU

A.B.İ serialında yenilik olacaq

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin "ATV" kanalında yayımlanan "A.B.İ" serialında yenilik olacaq.

BAKU.WS xəbər verir ki, rejissorluğunu Cem Karcının etdiyi layihəyə yeni aktyor daxil olub.

Məlumata görə, bu tanınmış aktyor Turqut Tunçalpdır.

O baş rollarını Kenan İmirzalıoğlu və Afra Saraçoğlunun paylaşdığı ekran işində o, "İhtiyar" obrazını canlandıracaq.

Yeni obraz tamaşaçı qarşısına serialın 14-cü bölümündə çıxacaq.

"İhtiyar", Doğanın (Kenan İmirzalıoğlu) İzmir şəhərində bütün işlərini etibar etdiyi yaxın dostu kimi təqdim olunacaq və süjet xəttinə fərqli dinamika qatacağı gözlənilir.

Digər tərəfdən, uzun müddətdir maraq doğuran "Şimşek" obrazı ilə bağlı da yeni detallar ortaya çıxıb.

Bildirilib ki, hər hansı dəyişiklik baş verməzsə, bu xarakter mövsümün sonuna doğru serialda yer alacaq.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
baku.ws

2Источники