ain.az bildirir, Newscenter.az portalına istinadən.
Ali Məhkəmə ictimai fəal Rəşad Quliyevin Amal Qrup MMC-yə qarşı müraciətini təmin edib.Newscenter.az xəbər verir ki, bu barədə Rəşad Quliyev sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, sözügedən MMC iş gördürdüyü şirkətin, Upsilon MMC-nin pullarını ödəmək əvəzinə sosial şəbəkələrdə onun etdiyi çıxışlarla və qaldırdığı problemlə bağlı məhkəməyə şikayət edib:"İlkin məhkəmə məndən Amal Qrupa qarşı üzr istəməyimi tələb edən qərar çıxarsa da, lakin həmin iddia ləğv edildi və mən əsas tələbim, israrlı və pinsipial iddam olan üzr istəmək qərarının ləğvinə nail oldum".Rəşad Quliyev onu da qeyd edib ki, yaxın günlərdə sözügedən MMC ilə bağlı yeni faktlar açıqlayacaq:"Bu dəfə daha geniş və əsaslı formada".Rəşad Quliyev, "Ədalətli qərarı verən Ali Məhkəmə hakiminə, bu prosesdə mənimlə birlikdə olan vəkilim Yavər bəyə öz təşəkkürümü bildirirəm",-deyə vurğulayıb.Mehman
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.