Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Real Madrid"in sabiq yarımmüdafiəçisi Toni Kroos UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İspaniya nəhənginin "Bayern Münhen"ə Madriddə uduzduğu matçdan (1:2) danışıb.
Fanat.Az xəbər verir ki, "Einfach mal luppen" onun sözlərini belə çatdırıb:
"Bayern" əla oyun sərgilədi. Amma 2 top fərqi ilə önəmli keçəndən sonra gördüyüm qəribə psixoloji durum idi. Təbii ki, 2:0 oyunu rahat şəkildə başa vurmaq üçün yetərli hesabdır. Məni "Bayern"in geri çəkilməsi çox təəccübləndirdi. Düşünürdüm ki, oyuna nəzarəti əldən verməyəcək, üstünlüyü artıracaqlar. Hətta üçüncü, dördüncü, ola bilsin, beşinci qolu vuracaqlarını da güman edirdim. Lakin hər şey əksinə oldu. Son illərdə onlar "Real"a qarşı yaxşı nəticələr qazanıblar, lakin adətən növbəti mərhələyə adlamaları üçün ikinci matçlarda xırda detallar çatmır".
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.