RU

Pakistan Baş naziri ilə Cey di Vens arasında görüş olub

ABŞ-ın vitse-prezidenti Cey Di Vens şənbə günü Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb. 

News365.az xəbər verir ki, bu barədə "Dawn" məlumat yayıb.

    O, həmin gün səhər ABŞ–İran danışıqları üçün Pakistana gəlib.

    Görüşdə xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşner də iştirak edib. 

    Baş nazir hər iki nümayəndə heyətinin konstruktiv dialoqa sadiqliyini yüksək qiymətləndirərək ümid etdiyini bildirib ki, bu danışıqlar regionda davamlı sülhə aparan yolun başlanğıcı olacaq.

    Şərif Pakistanın tərəflər arasında irəliləyişə və dayanıqlı sülhə nail olunmasına dəstək göstərmək üçün vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu vurğulayıb.

    Избранный
    2
    4
    news365.az

    5Источники