RU

"Süni İntellekt yarışı": Putindən Trampın "Palantir"inə qarşı suveren cavab

Rusiya Prezidenti Vladimir Putin aprelin 10-da axşam saatlarında Kremldə Süni İntellekt (Sİ) üzrə keçirdiyi müşavirədə Rusiyanın "təhlükəsizliyini və müdafiə qabiliyyətini" təmin edəcək yerli və fundamental süni intellekt modelinin yaradılması barədə tapşırıq verib.

Musavat.com xəbər verir ki, Putinin bu addımı ABŞ Prezidenti Donald Trampın İranla müharibədə "Palantir" proqram təminatının effektivliyini yüksək qiymətləndirməsindən bir neçə saat sonraya təsadüf edib.

Putin vurğulayıb ki, yeni model dünyada rəqabətədavamlı və tamamilə suveren olmalıdır. Bu o deməkdir ki, modelin bütün inkişaf və təlim dövrü yalnız Rusiya şirkətləri tərəfindən həyata keçirilməlidir.

Putin bu tapşırığı verməzdən cəmi bir neçə saat əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında "Palantir Technologies" şirkətini tərifləmişdi. Tramp qeyd edib ki, süni intellektə əsaslanan "Maven Smart System" sayəsində İrana qarşı kampaniyanın ilk 24 saatında 1000-dən çox hədəf dəqiqliklə vurulub.

 Kreml rəhbəri bildirib ki, Rusiya analoji texnologiyalara sahib olmalı və bu sahədə Qərbdən asılılığı tamamilə aradan qaldırmalıdır. Yeni model hərbi qərarların qəbulu, hədəflərin müəyyənləşdirilməsi və strateji planlaşdırmada əsas rol oynayacaq.

 Mütəxəssislər hesab edirlər ki, bu, Ukrayna və Yaxın Şərqdəki hərbi qarşıdurmanın artıq "süni intellekt müharibələri" mərhələsinə keçdiyini göstərir. Trampın yüksək texnoloji silahlarla öyünməsi Moskvanı öz "suveren" alternativini yaratmağa tələsdirdi.

Putinin bu sərəncamı Rusiyanın texnoloji nəhəngləri (məsələn, "Yandex" və "Sber") üçün yeni və böyük bir dövlət sifarişi deməkdir. Lakin beynəlxalq sanksiyalar fonunda belə bir modelin yaradılması üçün lazımi çiplərin (GPU) necə təmin ediləcəyi böyük sual doğurur.

Musavat.com

Избранный
26
musavat.com

1Источники