RU

Bakının Xətai rayonunda sürüşmə oldu

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son günlər Abşeron yarımadasında müşahidə olunan intensiv atmosfer çöküntülərinin düşməsi ilə Gəncə prospekti 29/35 ünvanında sərt yamacda səthi yuyulma nəticəsində sürüşmə baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib. 

Bildirilib ki, bu gün səhər saatlarında 3-4 kub suxur kütləsinin islanaraq yamac boyunca uçması hesabına sürüşmə olub:

"Proses lokal xarakterli olub. Nisbətən yumşaq suxurların yağış suları hesabına yuyulması və islanması nəticəsində baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
19
unikal.az

10Источники