RU

ABŞ ı ayağa qaldıran qadın yenidən meydanda: İrana görə Trampa pis xəbər verildi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-da prezidentliyə keçmiş namizəd, demokrat Kamala Harris 2024-cü il seçkilərində Donald Trampa məğlub olsa da, siyasi ambisiyalarından geri çəkilməyib. O, 2028-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd ola biləcəyi ehtimalını dilə gətirib.

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, ABŞ-da hakimiyyət uğrunda iki əsas partiya mübarizə aparır:

“Respublikaçılar və Demokratlar partiyalarının namizədləri prezidentlik uğrunda mübarizə aparırlar. ABŞ-da Demokrat Partiyasının namizədi kimi Kamala Harrisin öz namizədliyini yenidən irəli sürməsi normaldır. Bu, onun Konstitusiyadan irəli gələn haqqıdır. Lakin bundan öncə partiyasının qərarı vacibdir. Əgər partiyası onun namizədliyini dəstəkləsə, seçkilərə qatıla bilər. Bununla belə, hakimiyyətə gəlmə şansının nə qədər real olduğu sual altındadır.

ABŞ-da baş verən son hadisələr onu göstərir ki, Respublikaçıların reytinqi sürətlə aşağı düşür. Aparılan rəy sorğularına görə, Donald Trampın reytinqi azalır və bu, onun apardığı siyasətlə bağlıdır. İranla müharibə Birləşmiş Ştatların ictimaiyyətində ciddi narahatlıq yaradıb. ABŞ-da adətən namizədlər bu cür narazılıqlardan maksimum istifadə etməyə çalışırlar.

Azad Məsiyev

2026-cı ilin payızında Konqresə aralıq seçkilər keçiriləcək. Demokratlar bundan maksimum yararlanmağa çalışacaqlar. Əgər Respublikaçıların mövcud siyasəti bu şəkildə davam edərsə, Demokratlar seçkilərdə ciddi uğur qazana bilərlər”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
globalinfo.az

1Источники