RU

Stadionda yanğın oldu, oyun təxirə salındı

style='margin-bottom:10px;'>

İsveçrə Super Liqasının bu gün keçirilməsi planlaşdırılan "Tun" - "Bazel" oyunu təxirə salınıb.

QOL.az "L`Equipe"yə istinadən xəbər verir ki, buna səbəb "Bazel" klubunun "St. Jakob-Park" stadionundakı paltardəyişmə otaqlarında yanğın olmasıdır. Yanğın 10 aprel cümə günü axşam saatlarında naməlum səbəblərdən baş verib.

Yanğın zamanı heç kim xəsarət almayıb.

İsveçrə Futbol Liqası hadisə səbəbindən matçın təxirə salındığını təsdiqləyib. "Bazel" isə paltardəyişmə otaqlarına, duşlara, ofislərə və avadanlıqlara, o cümlədən ayaqqabı və məşq ləvazimatlarına dəyən ziyana görə "Tun" ilə səfər matçını oynaya bilməyəcəyini açıqlayıb.

Bildirilib ki, görüşün təxirə salınması hər iki komandanın oyun cədvəlini pozur və yeni tarix daha sonra təyin olunacaq. "Bazel" hadisənin səbəbini müəyyən etmək üçün hakimiyyət orqanları ilə tam əməkdaşlıq edəcəyini vurğulayıb.

Избранный
28
1
teleqraf.com

2Источники