Binəqədi rayonunda evlərdən 10000 manatlıq oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib.
Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törtməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb.