RU

18 yaşlı müdafiəçi Avropa nəhənglərinin hədəfində

"Verder"in müdafiəçisi Kərim Kulibali mövsümün sonunda kklubdan ayrıla bilər.

Sportal.az xəbər verir ki, Avropanın nəhəng klubları almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Real", "Bavariya", "Nyukasl", "Arsenal", "Mançester Yunayted", "Yuventus", "İnter" və  "Borussiya" Kulibalinin xidmətində maraqlıdır. Almaniya klubu 18 yaşlı mərkəz müdafiəçisi üçün təxminən 40-50 milyon avro tələb edir.

Qeyd edək ki, Kərim Kulibali 2024-cü ilin yayında "Verder"in akademiyasına qoşulub. Almaniya U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi

Избранный
43
sportal.az

1Источники