RU

Türkiyə parlamentinin keçmiş sədri vəfat etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib.

Publika.az "Haber Global"a istinadən xəbər verir ki, siyasətçi 93 yaşında müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, H.Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirib, hüquqşünas kimi fəaliyyət göstərib. O, siyasi karyerasına Demokrat Partiyasında başlayıb. 1960-cı il çevrilişindən sonra bağlanan Demokrat Partiyasının davamçıları olan partiyalarda fəal rol oynayıb. O, Doğru Yol Partiyasının (DYP) qurucularından olub və uzun illər onun sədri olub.

Избранный
11
4
publika.az

10Источники