Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub.1news.az "Report"a istinadən xəbər verir ki, hadisə aprelin 10-u saat 15 radələrində baş verib. Belə ki, şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındaki kanala düşərək boğulub. A.Mustafazadənin meyiti sudan çıxarılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.