“Kəmalə Günəşli tanınan sənətçidir. Nə üçün bədəni ön plana çıxarır?”
Pravda.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, aktyor Sərxan Kərəmoğlu deyib.
O, müğənnini bu addımına görə tənqid edib: “Səs, ifa gözəl... Niyə bu gözəlliklə davam etmirsiniz? Sizin ifanızı kim nə deyir, desin, çox bəyənirəm... Sadəcə, zamanında tanınmaq üçün lazım olan yolları artıq buraxmaq lazımdır. Bu mənim baxış bucağımdır. Kəmalə Günəşli haqqında, şəxsi həyatı barədə hələ bu günə qədər pis və lazımsız bir şey eşitmədim. Özünü mələk kimi göstərənlərin də həyatlarında nə hoqqalardan çıxdığını bilirik. Kəmalə xanımda belə problemlər yoxdur”.
Tarix: 11 Aprel 2026, 13:38