RU

Premyer Liqa 24-cü tur: Bu gün üç oyun oynanacaq

Premyer Liqa 24-cü tur: Bu gün üç oyun oynanacaq

Misli Premyer Liqasının XXVII turunda bu gün daha 3 oyun keçiriləcək.

AFN.az "Report"a istinadən xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 15:30-da başlayacaq.

Ardınca "Bank Respublika Arena"da turun mərkəzi qarşılaşması start götürəcək. Burada lider "Sabah" "Zirə"ni sınağa çəkəcək və sözügedən duelin start fiti saat 18:00-da səslənəcək.

Günün son oyununda isə turnir cədvəlində qonşu olan komandalar - "Neftçi" və "Araz-Naxçıvan" kollektivləri üz-üzə gələcəklər. "Palm Sports Arena"da keçiriləcək matçda ilk fit səsi saat 20:00-da eşidiləcək.

Turnir cədvəlinə 65 xalla "Sabah" başçılıq edir. Rəqibindən 1 az oyun keçirən və 55 xala malik "Qarabağ" ikincidir. "Zirə" 43 xalla dördüncü, 40 xalı olan "Neftçi" isə beşinci sıradadır. 39 xalın sahibi "Araz-Naxçıvan" altıncı pillədə yer alıbsa, akticində 31 xal olan "Şamaxı" səkkizincidir.

Misli Premyer Liqası IV dövrə, XXVII tur 11 aprel

15:30. "Şamaxı" – "Qarabağ" Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli VAR: Kamal Umudlu AVAR: Vüsal Məmmədov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Eldəniz Musayev Şamaxı şəhər stadionu

18:00. "Sabah" – "Zirə" Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov VAR: Rəvan Həmzəzadə AVAR: Teymur Teymurov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Elgiz Abbasov "Bank Respublika Arena"

20:00. "Neftçi" – "Araz-Naxçıvan" Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev VAR: Rauf Cabarov AVAR: Müslüm Əliyev Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Asif Əliyev "Palms Sports Arena"

Qeyd edək ki, turun ilk görüşündə "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib.

Избранный
17
3
afn.az

5Источники