RU

Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin övladlarını biznesi və Azərbaycana səfərləri…

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin ailəsinin biznesi haqda ilginc iddialar yayılıb. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Narışkinin övladları və yaxın qohumları Qərb ölkələrinə əvvəlki kimi səfərlər edir və Ukrayna müharibəsindən əvvəl olduğu kimi gəlirli biznes fəaliyyəti ilə məşğuldurlar.
Yada salaq ki, Sergey Narışkin son 10 ildə Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edir. Daha əvvəl Prezident Administrasiyasında və Dövlət Dumasında yüksək vəzifələr tutub. O, həmçinin “Vahid Rusiya” partiyasının rəhbər strukturlarında təmsil olunur.
“Metla” nəşrinin araşdırmasına görə, Narışkinlərə məxsus əmlakların əsas hissəsi onun oğlunun adına rəsmiləşdirilib. 47 yaşlı Andrey Narışkin “LSR Qrupu”da baş direktorun müavini vəzifəsində çalışır. Şirkət rusiyalı oliqarx Andrey Molçanova məxsusdur və ölkənin ən iri tikinti şirkətlərindən biri sayılır. Molçanovun Vladimir Putinlə yaxın əlaqələri qeyd olunur.
Araşdırmaya əsasən, Andrey Narışkin Sankt-Peterburqda bir neçə bahalı mənzilə sahibdir. Onlardan biri Krestovski adasında yerləşən “Morskoy 33” yaşayış kompleksindədir və bazar dəyəri 185 milyon rubl təşkil edir.
Bundan başqa, onun eyni rayonda yerləşən “Lumiere” kompleksində 85 milyon rubl dəyərində daha bir mənzili var. Üçüncü mənzil isə “Na Petrovskom” yaşayış kompleksində yerləşir (120 kv.m, 50 milyon rubl).
Narışkinin həmçinin Peterburq və Leninqrad vilayətində əlavə mənzilləri və iki fərdi evi mövcuddur. Bu mülklərdən biri elit “MillCreek” kottec qəsəbəsində yerləşir.
БизнесBaş kəşfiyyatçının qızı Veronika Narışkina də biznes fəaliyyəti ilə məşğuldur. O, “AySiEm Vud” şirkətində 18,75% paya sahibdir. Şirkət ağac emalı və taxta materiallarının istehsalı ilə məşhurdur. Şirkətə Krasnoyarsk vilayətində 1,1 milyon hektar meşə sahəsi 49 illik icarəyə verilib. 2024-cü ildə şirkətin gəliri 850 milyon rubl olub və məhsulların bir hissəsi ixrac edilib. Qeyd olunur ki, Narışkinin qızı son vaxtlar Seyşel adalarında, Taylandda və Şri-Lankada əylənir. Əvvəllər o da yəhudi oliqarxın yaxın adamının dəvəti ilə  Azərbaycanda və Türkiyədə dincəlib.
Narışkinin gəlini Svetlana Narışkina məxsus “Aqro-Alyans” şirkəti xaricə, o cümlədən Rusiyaya ilə düşmənçilik edən NATO ölkələrinə aqrar məhsullar ixrac edir. Eyni zamanda, o, dövlət sifarişləri çərçivəsində də fəaliyyət göstərir və son 3 ildə Rusiyanın müxtəlif regionlarında, o cümlədən cəzaçəkmə müəssisələri ilə çoxsaylı müqavilələr bağlayıb. Onun adına Sankt-Peterburqda 145 milyon rubl dəyərində elit mənzil də rəsmiləşdirilib.
Araşdırmada qeyd olunur ki, Narışkinin oğlu və gəlini İsrail, Finlandiya, Fransa, Almaniya, Türkiyə, Polşa, Belçika, Yunanıstan, İsveçrə və Azərbaycan da daxil olmaqla bir çox ölkələrə səfərlər ediblər.
Narışkinin həyat yoldaşı isə xarici səfərlərdə diplomatik pasportdan istifadə edir. 2023-cü ildə onun Parisdə Rusiya səfirliyinə məxsus avtomobillə görüldüyü bildirilmişdi.
Araşdırma ailə üzvlərinin həm iri həcmli aktivlərə sahib olduğunu, həm də beynəlxalq səfərlər və biznes əlaqələri vasitəsilə geniş iqtisadi fəaliyyət apardığını ortaya qoyur.

Sonda qeyd edək ki, Rusiyada ən müxtəlif vəzifələrdə işlədiyi dövrdə Narışkinin hazırda ev dutağı edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə mübhəm əlaqələri olub. Hətta bəzi media iddialarında Mehdiyevi “Narışkinin adamı” kimi təqdim eduilib. Təsadüfi deyil ki, Mehdiyev vəzifədə işlədiyi vaxtlarda dəfələrlə onunla həm Moskvada, həm də Bakıda görüşüb.
Musavat.com

Избранный
2
3
editor.az

4Источники