RU

Abşeronda qanlı cinayət: iki qadın öldürüldü

Bakı. Trend:

Bu gün səhər saatlarında Abşeron rayonunun Masazır kəndində ikiqadın qətlə yetirilib.

Trend-in məlumatagörə, qəsəbə ərazisində 1989-cu il təvəllüdlü və 1996-cı iltəvəllüdlü iki qadın bıçaqlanıb.

Hər iki qadın hadisə yerində dünyasını dəyişib. Hazırda hadisəyerinə polis əməkdaşları cəlb ediliblər.

Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Hazırda polis əməkdaşları tərəfindən qətli törətməkdə şübhəlibilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Избранный
33
3
az.trend.az

4Источники