RU

“Qarabağ , Zirə və Neftçi növbəti oyunlarına çıxır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII turun üç oyunu keçiriləcək.

Əvvəlcə meydana "Şamaxı" və “Qarabağ" komandaları çıxacaq. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat 15:30-da başlayacaq.

Saat 18:00-da start götürəcək ikinci görüşdə “Zirə” "Bank Respublika Arena"da “Sabah”ın qonağı olacaq.

Son qarşılaşmada “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. “Palms Sports Arena” stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış matçında "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.(azərtac)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
3
bizimyol.info

4Источники