RU

Paşinyandan qəza sonrası ilk reaksiya – ŞOK DETALLAR

Ermənistanın baş naziri Nikol Paşinyanın səfərini müşayiət edən kortejdə ağır itki ilə nəticələnən yol qəzası baş verib. Kuçak–Aparan şossesində Ermənistan DİN-ə məxsus “Honda” markalı polis avtobusu ilə “Nissan” markalı minik avtomobili toqquşub. Dəhşətli qəza nəticəsində 1 nəfərin həyatını itirdiyi, 12 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, hadisə ilə bağlı artıq cinayət işi açılıb və araşdırmalar davam edir. Lori bölgəsinə səfəri zamanı sosial şəbəkə üzərindən canlı yayım açan Nikol Paşinyan baş vermiş faciəyə münasibət bildirib.

O, sürücüləri yollarda məsuliyyətli olmağa və sürət həddini aşmamağa çağırıb. Baş nazir qeyd edib ki, yolların keyfiyyətinin yaxşılaşması bəzən sürücülərdə arxayınlıq yaradır və bu da sonu ölümlə bitən qəzalara yol açır.

Sara,
NOCOMMENT.az

Избранный
31
nocomment.az

1Источники