RU

GAZ və MAZ arasında bağlanmış yeni saziş Azərbaycan-Belarus iqtisadi əlaqələrinin inkişafının mərkəzində - Minksdən REPORTAJ - FOTO

Azərbaycan və Belarus KİV nümayəndələri Belarusun ən iri maşınqayırma müəssisələrindən biri olan, yük və sərnişin texnikasının istehsalı üzrə ixtisaslaşmış Minsk Avtomobil Zavodunu ziyarət ediblər.

Day.Az xəbər verir ki, tədbir Gəncə Avtomobil Zavodunda MAZ şassisi əsasında yeni kommunal texnika partiyasının (100 ədəd) yığılması ilə bağlı sazişin imzalanması çərçivəsində təşkil olunub. Saziş Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun Belarus dövlət başçısının Azərbaycana dövlət səfəri zamanı verdiyi tapşırıqların icrası çərçivəsində imzalanıb. Sənədi Gəncə Avtomobil Zavodunun İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev və "MAZ" ASC-nin baş direktoru Valeri İvankoviç imzalayıblar. GAZ və MAZ arasında əməkdaşlıq dövlət başçıları tərəfindən qoyulmuş Azərbaycan-Belarus iqtisadi əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlib.

KİV nümayəndələrinə 1944-cü ildə əsası qoyulmuş zavodun tarixi, eləcə də yüksək keyfiyyətli yük və sərnişin texnikasının istehsal prosesi təqdim olunub.

MAZ Belarus sənayesinin simvollarından biri, regionda ağır yük avtomobillərinin əsas istehsalçılarından və iri texnika ixracatçılarından hesab olunur. Müəssisə geniş çeşiddə məhsul istehsal edir: yük avtomobilləri, yedəkçi dartıcılar, özüboşaldanlar, avtokranlar, odun daşıyan maşınlar, avtobus və mikroavtobuslar, trolleybuslar, xüsusi texnika və qoşqular. İstehsal olunan məhsulların nomenklaturası 400-dən artıq model, modifikasiya və komplektasiyanı əhatə edir.

"MAZ" ASC-nin baş direktoru Valeri İvankoviç Trend-ə müsahibəsində yeni sazişin əhəmiyyətini xüsusi vurğulayaraq texnoloji tərəfdaşlıq və istehsal imkanlarının genişləndirilməsinə diqqət çəkib.

"Yeni saziş zavodlarımız arasında əməkdaşlığın ardıcıl və sistemli inkişafının növbəti mərhələsidir. Son on il ərzində biz Azərbaycanda birlikdə yaratdığımız və inkişaf etdirdiyimiz istehsal üzrə birgə əməkdaşlığı genişləndiririk. Bu, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfərinin təkan verdiyi mühüm texnoloji inteqrasiyadır. Yeni saziş istehsal həcmlərinin min ədədə qədər artırılması üçün daha geniş perspektivlər açır.

Xüsusi diqqət kommunal texnika istehsalının inkişafına yönəldilib ki, bu da birbaşa sosial məsələlərin həlli və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Söhbət şəhər və regionların gündəlik həyatı üçün zəruri olan texnikadan gedir", - deyə MAZ-ın baş direktoru bildirib.

Gəncə Avtomobil Zavodunun İB Müşahidə Şurasının sədri Xanlar Fətiyev Trend-ə müsahibəsində qeyd edib ki, Azərbaycan-Belarus iqtisadi əlaqələrinin inkişafının mərkəzində dayandığımız üçün çox qürurluyuq.

Onun sözlərinə görə, bu gün Gəncə avtomobil zavodu İstehsal Birliyinin bütün uğurları Prezident İlham Əliyevin adı ilə bağlıdır:

"2004-cü ildə uzun illər yarımçıq tikililər vəziyyətində qalan bir müəssisə artıq nəinki qərb bölgəsinin, artıq Azərbaycanın avtomobil və kənd təsərrüfatı texnikalarının istehsalı sahəsində lider bir zavoda çevrilib. İnkişafımızın əsas sıçrayış tempi isə çox şübhəsiz ki, 2006-ci ildə Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən sonra başladı. Hər iki dövlət başçısının və ölkələrimizin dostluq, qardaşlıq münasibətləri ikitərəfli əməkdaşlığımızın ən yüksək səviyyəyə yüksəlməsinə zəmin yaratdı. Azərbaycan-Belarus iqtisadi əlaqələrinin inkişafının mərkəzində dayandığımız üçün çox qürurluyuq. Bu səfərdən sonra müəssisəmizdə yığım xəttləri yaradıldı, müasir texniki avadanlıqlarla təchiz olundu, zavodumuzun əməkdaşları xüsusi kurslarda bilik və bacarıqlarını artırdılar. Bu günə qədər müəssisəmizdə 15 000-dən çox müxtəlif modeldə traktorlar, 4000-dən çox MAZ markalı avtomobillər yığılaraq istifadəyə verilib". Trend.az xəbər verir ki, bu açıqlamanı Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının Sədri, Millət vəkili Xanlar Fətiyev verib".

Onun sözlərinə görə Belarusla iqtisadi əməkdaşlıq layihələri daim dövlət başçımızın diqqət mərkəzində olub:

"Bu il martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olduğu zaman Belarusla ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə bağlı göstərişlərini verən dövlət başçımız müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı. Artıq Minsk Avtomobil Zavodu ilə məişət tullantıları daşıyan texnikalarının istehsalı üçün 100 MAZ markalı avtomobil hissələrinin çatdırılması üçün müqavilə imzalamışıq. Çox sevindiricidir ki, istehsal etdiyimiz texnikaların bunker hissəsi 90 faiz yerli istehsalımızdır və Gəncədə yerli mütəxəssislərimiz tərəfindən hazırlanır. Ümidvarıq ki, bu əməkdaşlıq davamlı olacaq və biz belaruslu həmkarlarımızla müxtəlif layihələri birgə həyata keçirəcəyik", - deyə Müşahidə Şurasının Sədri əlavə edib.

Belarus müəssisələri ilə digər layihər haqqında danışan X. Fətiyev avtobus və elektrobusların istehsalına da nəzər salıb.

O qeyd edib ki, artıq bu günə kimi Belarus müəssisələri əməkdaşlıq sayəsində şəhər daxili xidmət üçün nəzərdə tutulan 6 avtobus və 4 ədəd eksperimental olaraq E-321 markalı elektrobuslar istehsal olunub. Xüsusi qürur hissi ilə qeyd edirəm ki, bu elektrobuslar hazırda işğaldan azad olunan bizim dogma Şuşamızda vətəndaşlarımıza xidmət göstərir. Xüsusilə qürurla qeyd edim ki, bu elektrik avtobusları hazırda işğaldan azad edilmiş doğma Şuşamızda vətəndaşlarımıza xidmət göstərir:

"Bu avtobuslar həm ümumi qabaritinə, yanacaq sərfiyatına görə, həm də ekoloji cəhətdən təmiz "Avro-5" standartına cavab verdiyindən Bakıda, həmçinin də Gəncə, Sumqayıt və digər şəhərlərdə istismarı əlverişlidir. Elektrobuslar da həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji tam bərpa olunur", - deyə birliyin Müşahidə Şurasının Sədri qeyd edib.

Xanlar Fətiyev bildirib ki, bundan sonra da Belarus müəssiləri ilə birgə əməkdaşlıq istiqamətləri haqqında müzakirələr aparacaqlar.

"Belarus texnikaları həm dözümlülüyü, həm də istifaə üçün etibarlılığı ilə seçilir. Gəncə avtomobil zavodu İB-nın istehsal etdiyi texnikalar keyfiyyəti ilə seçilir və istifadəçilərin rəğbətini qazanıb. Əgər avtobus və elektrobuslar üçün sifarişlər olarsa müəssisəmizin texniki bazası və əməkdaşlarımızın bilik, bacarığı sayəsində bu istiqamətdə də böyük miqyaslı layihəlləri həyata keçirməyə imkanımız var", - deyə X. Fətiyev əlavə edib.

  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
  • GAZ
Избранный
2
1
day.az

2Источники