Əsabil Qasımovdan sonra Belarusda zavod direktoru olan Akif Qasımov da “Lennauçfilmi”i 1 milyard milyon rubla aldı-Sank-Peterburqun Bakılı qubernator faktoru...
Belarusun Vitebsk radio komponentləri zavodu- “Monolit”in ASC-nin Direktorlar Şurasının sədri, azərbaycanlı oliqarx Akif Qasımov Sankt-Peterburqda əmlak alıb. Musavat.com"Delovoy Peterburq"a istinadən xəbər verir A.Qasımov keçmiş "Lennaçfilm" kinostudiyasının əmlak kompleksini alıb. Bazar qiymətləndirmələrinə görə, Qasımov 2 hektarlıq sahəyə malik 17.400 kvadratmetrlik əmlak üçün təxminən 1 milyard rubl ödəyib.
Nəşr xatırladır ki, 2021-ci ildə Konstantin Ostrikova məxsus "Slavyanskoye" MMC bu əmlakı kinostudiyadan hərracda 475,5 milyon rubla əldə edib. 2023-cü ildən bəri şirkət "Fortis-Invest" tərəfindən idarə olunan investisiya fonduna məxsus olub. 2026-cı ilin mart ayında onu isə əmlakı Akif Qasımova məxsus olan "North-West Logistics Terminal" MMC əldə edib.
Bazar iştirakçılarının fikrincə, “Lennauçfilm”in sahəsinin əhəmiyyətli inkişaf potensialı var, lakin yenidənqurma hazırda mümkün deyil.
Akif Qasımovun nümayəndəsi nəşrə bildirib ki, yeni sahibi “Lennauçfilm”in ictimai məkanını inkişaf etdirməyə davam edəcək. O bildirib ki, layihəyə əlavə vəsait qoyulacaq və bu vəsait təmir, kommunal xidmətlər, sahənin təşviqi və digər fəaliyyətlər üçün istifadə olunacaq. Hazırda isə obyektin inkişafı üçün heç bir hazır plan yoxdur. Yeri gəlmişkən, "Lennauçfilm" kinostudiyası 11 fevral 1933-cü ildə təsis edilib və Vladimir Vısotski, Tatyana Doronina və İnnokenti Smoktunovski məhz burada kino karyeralarına başlayıblar.
Akif Qasımova gəlincə, o 1970-ci ilin noyabr ayının 2-də Azərbaycanda anadan olub. Rusiya mediası onu uğurlu investor kimi təqdim edir. O. 2013-cü ildən isə Vitebskdəki “Monolit” zavoduna nəzarət payına sahibdir. Bildirilir ki, zavod sıfırdan modernləşdirilib, indi də yeni texnologiyalar, müdafiə sənayesi mnəhsullarının ixracı ilə məşhurdur.
Yada salaq ki, bir neçə gün əvvəl azərbaycanlı iş adamı, Milli Məclisin sabiq deputatı Əsabil Qasımova bağlı şirkət Sankt-Peterburqdakı Sadovaya 62 ünvanında yerləşən tarixi “Nikolskiye Ryadı”(“Nikolski sıraları”) binalarını 37 milyon dollara satın alıb.
Daha bir maraqlı fakt. Məlumdur ki, Putinin doğma şəhərində, Sankt-Peterburqda qubernator Aleksandr Beqlovdur.Azərbaycanda bir neçə dəfə səfərdə olmuş Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gəliblər. Valideynləri burada olanda müharibə başlayıb. Atasını dərhal cəbhəyə göndəriblər, anası isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atasının dostları onları burada himayə ediblər. Beqlovun atası İkinci Dünya müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi bundan sonra da uzun müddət Azərbaycanda qalıb.
Musavat.com