RU

Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin cavab matçları başlayır

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin cavab matçlarına bu gün start veriləcək.

"Cebheinfo.az" xəbər verir ki, ilk oyun günündə "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq oyun saat 18:00-da başlayacaq.

Tərəflər arasında ilk qarşılaşmada "DH Volley" 3:0 hesabı ilə qələbə qazanıb.

Yarımfinal mərhələsinin digər görüşü aprelin 13-də, "Turan" və "Gəncə" kollektivləri arasında keçiriləcək.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

"Cebheinfo.az"

Избранный
5
2
cebheinfo.az

4Источники