RU

“Anatolian Phoenix - 2026” beynəlxalq təlimi uğurla davam edir (FOTO)

Bakı. Trend:

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən“Anatolian Phoenix - 2026” ("Anadolu Ankası - 2026") beynəlxalqaxtarış-xilasetmə təlimi uğurla davam edir.

Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim planına uyğun olaraq keçirilən brifinqlərdə iştirakçılaratəhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların mərhələləri,həmçinin əməliyyatların aparılacağı ərazinin relyefi və iqlimxüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Tapşırığa əsasən, şərti qəzaya uğramış pilotun aşkarlanması vəxilas edilməsi məqsədilə paraşüt-desant və axtarış-xilasetməbölmələri tərəfindən kompleks əməliyyat icra olunub. Helikoptervasitəsilə əraziyə cəlb edilən paraşüt-desant və axtarış-xilasetməxidmətinin mütəxəssisləri “fast rope” üsulu ilə eniş edərək binadamövqe tutmuş şərti terrorçu qrupunu zərərsizləşdirib və qruprəhbərini ələ keçiriblər.

Əməliyyatın növbəti mərhələsində ərazi üzərində tam nəzarəttəmin edilib, pilot təhlükəsiz şəkildə təxliyə olunub. Tapşırığınuğurla icrasından sonra şəxsi heyət helikopter vasitəsilə ərazinitərk edib.

Eyni zamanda, əməliyyata cəlb olunan aviasiya vasitələriqruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqlarıneffektiv icrasına köməklik göstərib.

İcra olunan fəaliyyətlər zamanı şəxsi heyətin yüksəkpeşəkarlığı, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyət vəkoordinasiyanın yüksək səviyyədə olduğu nümayiş etdirilib.

Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.

“Anatolian
“Anatolian
“Anatolian
“Anatolian
“Anatolian
Məqalədə:
Избранный
1
32
az.trend.az

10Источники