Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
U-15 millilərinin turnirində yaş qalmaqalı - Video
Afrikada keçirilən məktəblilər arasında Mərakeş U-15 – Seneqal U-15 oyunundan sonra qalmaqal yaranıb.
QOL.az xəbər verir ki, görüşdə Seneqal yığması 4:0 hesabı ilə məğlub edib. Lakin matçdan sonra Mərakeş tərəfi – azarkeşlər və yerli media – rəqib komandanın yaş məsələsində qaydaları pozduğunu iddia edib.
Sosial şəbəkələrdə ən çox yayılan fikirlərdən biri isə ironik şəkildə “bu, U-15 yox, U-51 komandalarının oyunu idi” ifadəsi olub.
Qeyd edək ki, daha əvvəl də Seneqalın bəzi aşağı yaş qruplarında çıxış edən futbolçularının yaşının saxtalaşdırılması ilə bağlı hallar gündəmə gəlmişdi. Yeni iddiaların araşdırılıb-araşdırılmayacağı isə hələlik açıqlanmayıb.
Посмотреть эту публикацию в Instagram
Публикация от Qol.az (@qolaz)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.