RU

Lənkəranda iki maşın toqquşdu Yaralılar var KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranda ağır qəza baş verib.

KONKRET.az xəbər verir ki, hadisə ötən axşam rayonun mərkəzi ərazisində, Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Qəzada “Mercedes” markalı nəqliyyat vasitəsində Sabirabad rayon sakinləri – 2005-ci il təvəllüdlü Allahverdi Ehtibar oğlu Oruczadə və 2005-ci il təvəllüdlü Emil Vüqar oğlu Əliyev olub.

“Opel”də isə sürücü, Göyşaban kənd sakini 2000-ci il təvəllüdlü Hikmət Rasim oğlu Davudzadə, Lənkəran şəhər sakini 2000-ci il təvəllüdlü Səbuhi Möhübbət oğlu Həmidli olub.

Qəzada onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya ediliblər. Vəziyyəti ağır olan A.Oruczadə Reanimasiya şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.//qafqazinfo

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
6
konkret.az

10Источники