RU

Lənkəranda ağır qəza - 4 nəfər xəsarət aldı

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

Hadisə gecə saatlarında şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil Göyşaban kənd sakini, 2000-ci il təvəllüdlü Hikmət Davudzadənin idarə etdiyi “Opel”lə toqquşub.

Nəticədə “Mercedes”də olan Sabirabad sakinləri – 2005-ci il təvəllüdlü Allahverdi Oruczadə və Emil Əliyev, həmçinin “Opel”in sürücüsü və sərnişini, 2000-ci il təvəllüdlü Səbuhi Həmidli xəsarət alıb.

Yaralılardan Allahverdi Oruczadə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib, digər şəxslərin müalicəsi davam etdirilir. Qəzaya düşənlərin hərbi hissə zabitləri olduğu bildirilir, fakt üzrə araşdırma aparılır.//APA
Избранный
31
7
musavat.com

10Источники