ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden hazırkı prezident Donald Trampın oğulları ilə döyüşməyə hazır olduğunu bildirib.
Bu barədə “Reuters” agentliyi 10 apreldə məlumat verib. Söhbət Donald Trampın kiçik oğlu Erik Trampdan gedir. Baydenin oğlu qəfəs döyüşü təklif edib – metal tor və ya polad qəfəslə əhatə olunmuş rinqdə keçirilən güləş növü.
ABŞ-ın keçmiş prezidentinin oğlunun sözlərinə görə, bu fikir döyüşü təşkil etdiyi iddia edilən internet şərhçisi Endryu Kallaqanın açıqlamasından sonra yaranıb.
Bayden döyüşün keçiriləcəyi təqdirdə iştirak etməyə “100 faiz” razı olacağını bildirib və əlavə edib ki, döyüşün nəticəsi qeyri-müəyyən qalsa belə, qəfəsə girməyə hazırdır.
//Samir Qurbanov, Editor.az