RU

Əfqanıstanda zəvvarları güllələdilər

Motosikletli naməlum silahlı qrup Herat əyalətinin İncil rayonundakı parkda insanlara avtomatik silahlardan atəş açaraq qanlı qırğın törədib.

“Seda-e Afghan” xəbər verir ki, yeddi nəfər ölüb, çoxlu insan müxtəlif dərəcələrdə yaralanıb. “Naməlum silahlı şəxslər Herat əyalətinin İncil rayonunun Dəxmiri kəndində mülki şəxsləri güllələyərək qətlə yetiriblər. Hücum nəticəsində onlarla insan ölüb və yaralanıb.” – xəbərdə deyilir.

Atışmada yaralananların hamısı ən çətin günlərindən birini yaşayan Herat regional xəstəxanasına aparılıb. Qurbanlar arasında həm ölən, həm də yaralanan uşaqlar var və yaralılardan bəzilərinin vəziyyəti kritikdir. Əfqanıstan Daxili İşlər Nazirliyi artıq hadisəni təsdiqləyib. Hüquq-mühafizə orqanlarının rəsmiləri hesab edir ki, kişilər Seyid Məhəmməd Ağanın şiə ziyarətgahını ziyarət ediblər və oradakı yerli parkda istirahət ediblər.

Nazirliyin rəsmi nümayəndəsi və mətbuat katibi Əbdül Mətin Kaninin ilkin məlumatlarına görə, hadisə nəticəsində yeddi nəfər ölüb, 13 nəfər yaralanıb.

//Samir Qurbanov, Editor.az

Избранный
24
editor.az

1Источники