RU

Keniya Prezidentinin qızı COP29-da iştirakını məmnunluqla xatırladığını bildirib

Bu gün II Afrika Şəhərsalma Forumu (AUF2) çərçivəsində Qlobal Cənub QHT Platformasının təşkilatçılığı, Azərbaycan Şəhərsalma Kampaniyası və Azərbaycanın QHT Agentliyinin tərəfdaşlığı ilə “AUF2-dən WUF13-ə və ondan sonrakı dövrə: Afrikada Davamlı Şəhər İnkişafı üzrə QHT Forumu” yan tədbir təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Keniya Prezidentinin qızı, “SMACHS” Fondunun təsisçisi və rəhbəri Şarlen Ruto (Charlene Ruto) 2024-cü ildə COP29, daha sonra ötən il Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda iştirakını məmnunluqla xatırlayıb. O, dayanıqlı inkişafın təşviqi, gənclərin bu prosesdə rolu və icma əsaslı təşəbbüslərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Избранный
25
qht.az

1Источники