“Trabzonspor” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, k omandanın hücumçusu Pol Onuaçu məşq zamanı ayaq əzələsindən zədə alıb. Klub onun nə vaxt qayıdacağını açıqlamayıb.
31 yaşlı forvard bu mövsüm 28 oyunda 24 qol və 2 assistlə çıxış edərək Super Liqanın bombardiri olub.