RU

Bəhruz Məhərrəmov: Müasir dövrdə mütləq qələbə qazanmaq üçün hərbi siyasi gediş kifayət etmir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İran və ABŞ-İsrail arasında davam edən müharibə, o cümlədən Rusiya-Ukrayna müharibəsi göstərməkdədir ki, müasir geosiyasi şəraitdə mütləq hərbi qələbə qazanmaq çox mürəkkəb məsələdir və bir sıra hallarda bunun yalnız hərbi-siyasi imkanlar yetərli deyil. Sirr deyil ki, bu gün nə İsrail, nə ABŞ, nə də Rusiyanın hərbi gücü və geosiyasi imkanları mübahisə və müzakirə mövzusu deyil. Lakin buna baxmayaraq hətta nüvə imkanına malik bu supergüclərin qarşılarına qoyduğu məqsədlərə bütün potensiallarını sərf etmələrinə baxmayaraq nəzərdə tutulan zamanda çata bilməmələri ciddi suallar yaradır və yalnız hərbi-siyasi güclə müasir dövrdə köklü həllərə nail olmağın mümkünsüzlüyünü göstərməkdədir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Bəhruz Məhərrəmov danışıb. Deputat qeyd edib ki, Azərbaycan Respublikasının əraziləri 30 ildən artıq bir periodda işğal və təcavüzə məruz qalarkən çoxsaylı regional və beynəlxalq mexanizmlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq dünya birliyi məsələyə lazımi reaksiya verməmiş, bu və eyni zamanda bir sıra iri güclərin açıq dəstəyi Ermənistanı təcavüzü davam etdirməyə, habelə ritorikanı gündəmdə tutmağa sövq etmişdi.

“Azərbaycan Respublikasının Vətən müharibəsi və bir günlük lokal antiterror tədbirlərində hərbi-siyasi yolla işğala, təcavüzə və separatizmə son qoymasından sonrakı dövrdə ölkəmizə qarşı çoxsaylı siyasi hücumlar, o cümlədən bir sıra beynəxalq təsisatların və institutların Azərbaycana əleyhinə informasiya hücumlarında alətə çevrilməsinə baxmayaraq Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, o cümlədən qlobal maraqları uzlaşdıra bilmək qabiliyyəti sayəsində Azərbaycan müharibəni heç kimin gözləmədiyi qədər qısa müddətdə bitirdiyi kimi bu ədalətsiz hücumları da dəf etməyi bacardı. Bütün bunlar isə onu göstərir ki, müasir dövrdə mütləq qələbə yalnız hərbi-siyasi yolla yox, liderlərin aydın uzunmüddətli strateji baxışa malik olması, habelə vəziyyəti real və praqmatik şəkildə qiymətləndirə bilməsindən çox aslıdır”-deyən deputat vurğulayıb ki, müasir dövrdə bu tələblərin qarşılanması kifayət qədər çətin prosesdir və yaxın ətrafımızda baş verən geosiyasi gedişat bir daha deyilənləri sübut edir.

“Bu gün tərəflərin nəinki mütləq bütövlükdə qələbə reallığı ilə uzlaşmayan şəraitlə üz-üzə qaldığı çoxsaylı insan hərbi və iqtisadi itkilərlə müşayiət olunan qarşıdurma situasiyasından fərqli olaraq Azərbaycan Prezidenti mahiyyətcə daha az əhəmiyyətli olmayan, ancaq geosiyasi baxımdan çox daha mürəkkəb bölgədə münaqişəyə mütləq hərbi-siyasi qələbə ilə son qoyaraq Cənubi Qafqazı qütblərarası qarşıdurma bölgəsinə çevirilməkdən xilas etməsi, üstəlik bu prosesin gedişində beynəlxalq humanitar hüququ rəhbər tutmaqla bütövlükdə beynəlxalq hüququn aliliyinə nail olması, əslində müasir dövrdə istər regionda, istərsə də dünyaların müxtəlif bölgələrində münaqişə və potensial qarşıdurma tərəfləri üçün ustad dərsi hesab olunmalıdır.

Daha aydın desək, dövlətlərin beynəlxalq hüququn prinsipləri rəhbər tutulmaqla maraqların və mənafelərinin hərbi-siyasi yolla təmin edilərək daha təhlükəsiz və dayanıqlı sülh şəraitində ehtiva olunan reallığa nail olması üçün Azərbaycan nümunəsindən öyrənəcəyi çox şey var”-deyə Bəhruz Məhərrəmov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
icma.az

1Источники