RU

Ukraynanın Vinnitsa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib  

Müharibə şəraitində Ukraynada yaşayan azərbaycanlıların problemlərini yerindəcə həll etmək üçün Azərbaycanın bu ölkədəki səfirliyinin bölgələrdə səyyar konsulluq xidməti davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi aprelin 10-da Vinnitsa vilayətində yaşayan soydaşlarımız üçün ilk dəfə səyyar konsulluq xidməti təşkil edib.

Səfirliyin konsulu Qalibbəy Ağadadaşov və ikinci katib Pərviz Əsədov Vinnitsa vilayəti və yaxın ərazilərdən gələn soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyiblər. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.

Q.Ağadadaşov bildirib ki, səyyar qəbulda mobil pasport avadanlıqları ilə pasport müraciətləri də qəbul olunub. Bundan başqa, səyyar konsulluq zamanı Vinnitsa vilayətində yerləşən cəzaçəkmə müəssisələrində həbsdə olan vətəndaşlarımızla da görüşlər keçirilib.

Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin həlli üçün səfirlik tərəfindən ölkənin müxtəlif şəhərlərində belə görüşlərin davam etdirilməsi nəzərdə tutulub.

Избранный
2
1
azerbaijan-news.az

2Источники