RU

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Tovuzda yol-nəqliyyat hadisəsi nəticəsində 10 yaşlı uşaq xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı sərnişin daşıyan mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 2016-cı il təvəllüdlü Məhəmməd Məmmədovu vurub.

10 yaşlı piyada Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır hesab olunur.

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Избранный
27
bizim.media

1Источники