RU

Böyük Britaniyada ilin ən isti günləri gözlənilir

Böyük Britaniyada güclü “Deyv” fırtınasından sonra hava kəskin dəyişib. Ölkənin bəzi bölgələrində ilin ən isti günləri gözlənilir.

“The Guardian” nəşrinin məlumatına görə, Böyük Britaniyada cənub və cənub-şərq bölgələrində temperatur 20-24 dərəcə temperatura qədər yüksələ bilər. Londonda və bir çox ətrafında 24 dərəcə temperatura yaxın isti hava proqnozlaşdırılır. Şimal bölgələrində hava daha dəyişkən olub, yağış və güclü küləklər müşahidə edilib. Bəzi yerlərdə küləyin sürəti saatda 70-90 milə qədər qalxıb. 

Meteoroloqlar bildirirlər ki, isti hava qısa müddət davam edəcək. Temperatur daha sonra 10-14 dərəcəyə düşəcək və yenidən yağışlı, küləkli hava gələcək. Bu dəyişikliklər yaz fəslində tez-tez baş verir və hava çox sürətlə dəyişə bilir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
27
azerbaijan-news.az

1Источники