ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Paytaxtın Sabunçu rayonu, Əjdər Məlikov ilə Mais Əsədov küçəsinin kəsişməsində piyadaların təhlükəsizliyi təmin edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə qeyd olunan ünvanda iki ədəd “L” tipli dirək üzərində piyada və nəqliyyat bölmələri olmaqla yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.
Bununla da piyadalar dirək üzərindəki düyməni sıxmaqla yaşıl işıq yandıqdan sonra yolu təhlükəsiz keçə bilirlər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.