RU

“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə

Bakı. Trend:

“Azpetrol Ltd” MMC şirkəti 2025-ci ildə də ölkənin ən çox vergiödəyən şirkətləri sırasında 38-ci yerdə olaraq “Top 100” vergiödəyicisi siyahısına daxil olub.

Şirkət bununla ötən illərdə nümayiş etdirdiyi dayanıqlı inkişafvə iqtisadi aktivlik trendini davam etdirdiyini bir dahatəsdiqləyib. 2025-ci ildə "Azpetrol Ltd" tərəfindən ödənilən vergiməbləği 32,6 milyon manat təşkil edib.

Xatırladaq ki, "Azpetrol Ltd" MMC şirkəti 2024-cü ildə də ən çoxvergi ödəyən şirkətlərdən biri olaraq fərqlənmiş (ödədiyi 29 milyonmanat vergi məbləğilə 44-cü yeri tutmuşdu) və dövlət büdcəsinəəhəmiyyətli töhfə vermişdi. 2025-ci ildə də bu istiqamətdəmövqeyini qoruyan şirkət, ölkə iqtisadiyyatına verdiyi davamlıdəstək və şəffaf fəaliyyət prinsipləri ilə diqqət çəkməyə davamedir.

“Azpetrol LTD” MMC -nin bu prosesdə fəal iştirak etməsi onlarınyalnız iqtisadi deyil, həm də sosial məsuliyyət prinsiplərinə sadiqolduqlarını göstərir. Şirkət, vergi öhdəliklərini vaxtında vəşəffaf şəkildə yerinə yetirməklə yanaşı, biznes etikasına uyğunfəaliyyət göstərir və cəmiyyət qarşısında məsuliyyətli mövqeyinidavamlı olaraq qoruyub saxlayır.

Siyahı ilə buradan ətraflı tanış ola bilərsiniz.

Məqalədə:
Избранный
6
3
az.trend.az

4Источники