RU

Hava kəskin dəyişir: Sel xəbərdarlığı verildi

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın bəzi bölgələrində hava kəskin dəyişəcək.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 11-i axşamdan başlayaraq dağlıq və dağətəyi rayonlarda hava şəraiti pisləşir. Yağıntıların fasilələrlə davam edəcəyi və bəzi yerlərdə intensiv xarakter alacağı bildirilir.Sinoptiklər xəbərdarlıq edir ki, şimşək çaxması ilə yanaşı, dolu düşməsi və yüksək dağlıq ərazilərdə qar yağması ehtimalı var. Qeyri-sabit hava şəraiti aprelin 14-ü gündüz saatlarınadək davam edəcək.Yağışlar səbəbindən çaylarda suyun səviyyəsi yüksələ bilər. Xüsusilə bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.Bu cür atmosfer hadisələri yaz fəsli üçün xarakterik olsa da, dağlıq ərazilərdə ehtiyatlı olmaq tövsiyə edilir.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
35
demokrat.az

10Источники