RU

“B” kateqoriyası olan sürücülərin NƏZƏRİNƏ KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyada Yol Təhlükəsizliyi Aktına edilən son dəyişikliklər “B” kateqoriyalı sürücülər üçün yeni imkanlar açıb. Belə ki, əlavə imtahan verməklə bu kateqoriyaya malik şəxslər daha geniş nəqliyyat vasitələrini idarə etmək hüququ əldə edə bilirlər. Bu yenilik region ölkələrində də diqqətlə izlənilir və oxşar təcrübənin tətbiqi məsələsini gündəmə gətirir. Maraqlıdır, bu model Azərbaycanda da tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ölkədə hazırda qüvvədə olan qaydalara əsasən, “B” kateqoriyalı sürücülər istənilən vaxt digər kateqoriyalara keçid edə bilirlər:

“B kateqoriyası olan sürücülər əlavə imtahan verərək başqa kateqoriya ala bilərlər. Yəni bunun üçün hər hansı hüquqi məhdudiyyət yoxdur və mövcud sistem buna imkan verir. Azərbaycanda tətbiq olunan mexanizm əslində Rusiyada yeni qəbul edilən yanaşmaya bənzəyir. Sadəcə olaraq, yerli qanunvericilikdə bu proses artıq mövcuddur və sürücülər əlavə imtahan yolu ilə istədikləri kateqoriyanı əldə edə bilirlər”.

Onun fikrincə, sürücülərə əlavə imkanların verilməsi ilə yanaşı, nəqliyyat vasitələrinin idarə olunması üzrə bilik və bacarıqların yüksək səviyyədə olması əsas şərt olaraq qalır.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
2
konkret.az

3Источники